Qasırğaya görə 2 nəfərin ölməsi təkzib edildi – FOTO

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, – polis kapitanı qeyd edib.

Xatırladaq ki, Göyçay rayonunda güclü külək və qasırğanın 2 nəfərin ölümünə səbəb olduğu haqda məlumat yayılmışdı.