Türkiyədə tuneldə YANĞIN: 25 nəfər xəstəxanaya yerləşdirildi – VİDEO

Türkiyənin İzmir şəhərində yerləşən Bayraklı tunelində yük maşını yanıb.

Turkustan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın şəhərin Dairəvi yolu ərazisində qeydə alınıb.

Güclü tüstü nəticəsində boğulan 25 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. 

Məlumata görə, Bornovadan Karşıyaka istiqamətində hərəkət edən yük maşını naməlum səbəbdən qəflətən alışıb. Qısa müddətdə hadisə yerinə çatan yanğınsöndürənlər alova müdaxilə edib, yanğın bir müddət sonra nəzarətə götürülüb.Tüstüdən köməyə gələnlər də zərər çəkib.

/Bizim.Media/