Sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalana bilər – Erməni ekspert

“İrəvan və Bakı hərtərəfli sülh sazişi deyil, çərçivə sazişi və ya yol xəritəsi imzalaya bilər”. 

Dunyaxeber.org xəbər verir ki, bunu “Sputnik Armenia”ya erməni siyasi ekspert Vigen Akopyan deyib.

“Hazırda tam şəkildə sülhün əldə olunmasından söhbət gedə bilməz, əgər tərəflər razılaşarsa, o zaman sənəd mərhələli olacaq. Hazırkı şəraitdə sənədin imzalanması Ermənistan üçün sərfəli deyil”, – ekspert söyləyib.

“Üstəlik, heç bir saziş ölkələr arasında sülhə tam zəmanət vermir”, – o əlavə edib.   /modern.az/