27 May Beynəlxalq Qalereyada layihə rəhbəri Elnurə İsgəndərovanın, təşkilatçısı Aygün Əzizovanın olduğu Türkiyədən olan məhşur rəssamlar Ahmet Naim Pir, xanımı foto rəssam Mehriban Zeynalovanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir Millət, İki Dövlət” adlı və gənc rəssam Nigar Babayevanın “Hisslərin Fantazmaqoniyası” adlı ilk fərdi yaradıcılıq sərgiləri keçirildi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova gələn qonaqları salamlayıb , fərdi yaradıcılıq sərgisi olan məşhur rəssamların əsərlərinin düşündürücü və qeyri-adi texnikada işləndiyini, çox unikal olduqlarını bildirdi.
Sərgidə ümumi 44 əsər – Ahmet Naim Pirin dekorativ-tətbiqi sənətin dekupaj növündə hazırlanmış əsərləri, Nigar Babayevanın mifik mövzuda çəkilmiş qrafik əsərləri və Mehriban xanımın təbiət mövzusunda fotoları sərgilənirdi. Əsərlər bir-birindən maraqlı olduğu üçün izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Sərgidə Ahmet Naim Pirin 3 möhtəşəm bəstəsinin – Azərbaycanım, Şuşa Zəfəri Valsı , Mehribanım musiqiləri və “Könüldən dostlara” adlı şeir kitabının da təqdimatı oldu. Sərgidə iştirak edən Xalq rəssamı, professor Arif Hüseynov, Xalq artisti Eldost Bayram, xalçaçı rəssam Minarə Bayram çıxışlarında müəlliflərə əsərlərin bir-birindən möhtəşəm olduqlarını bildirdilər. Sənətdə uğurları arzuladılar.
Qonaqlar fərdi yaradıcılıq sərgisinə özəl hazırlanmış rəssam tortunun dadına baxdılar. Rəssamlar diplomlarla təltif olundular. Sonda xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay
Fotoqraf: Ramin Qurbanov
Ahmet Naim Pir, xanımı foto rəssam Mehriban Zeynalovanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir Millət, İki Dövlət” adlı və gənc rəssam Nigar Babayevanın “Hisslərin Fantazmaqoniyası” adlı ilk fərdi yaradıcılıq sərgiləri keçirildi.
Əvvəlki