Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Dunyaxeber.org xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,2% azalaraq, 78,81 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.