Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Dunyaxeber.org xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4% azalaraq 77,87 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.