Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu gün keçirilmiş 10-cu sessiyasında bölgənin 2022-ci il üzrə büdcəsinin icrası təsdiq edilib.
Dunyaxeber.org xəbər verir ki, yerli büdcənin gəlirlərinin icrası 197 968 088 manat, xərclərin icrası isə 605 869 766 manat olmaqla təsdiq olunub.
Sessiyada gündəlikdə müzakirəsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrası haqqında” qanun səsə qoyulub və səs çoxluğu ilə qəbul olunub.
Könül Cəfərli