NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq başlayıb – FOTO

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq başlayıb.

Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “Twitter”də yazıb.

O qeyd edib ki, dialoq çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov NATO-nun qərargahındadır, onun bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.