Anar Məmmədov: “Star” neft emalı zavodunda Azərbaycan nefti emal edilmir”


“SOCAR Türkiyə”nin tərkibindəki “Star” neft emalı zavodunda Azərbaycan nefti emal edilmir”.

Dunyaxeber.org xəbər verir ki, “SOCAR Türkiyə” Emal və Neft Kimya İş Birliyinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib.

O qeyd edib ki, buna səbəb Azərbaycan neftinin mükəmməl tərkibə sahib olmasıdır:

“Star” isə çox əhəmiyyətli gücü olan zavoddur. Ən keyfiyyətsiz nefti belə təmiz hala gətirə bilər. Ona görə, biz düşünürük ki, “Star” zavodunda daha çətin emal edilən neftdən istifadə olunmalıdır”.

Aysel Aslan