Elçin İbadov: “Heydər Əliyevin 100 illik yubileyi Türkiyədə də geniş qeyd edildi”

“Bir neçə gün əvvəl ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Türkiyədə də geniş qeyd edildi”. 

Dunyaxeber.org xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov deyib. O qeyd edib ki, 1992-ci ildə Naxçıvanda Türkiyə ilə Ümid körpüsünün açılmasından sonra ulu öndər tərəfindən ümid işığı yandırılmış oldu:

“SOCAR Türkiyə” də bu işığın sayəsində böyük bir xəyalın gerçəkləşməsi idi.

Biz SOCAR olaraq, Türkiyədə 15 ildə 18 milyard dollar investisiya həyata keçirmişik. Burada əsas məsələ investisiyanın böyüklüyü deyil, rentabelliyidir. Biz iş planımıza səmərəli və mənfəətli olmağı məqsəd qoymuşuq”.

Aysel Aslan