2020 ci ildən etibarən yaranan Frame Studio komandası fotoqrafia, videoqrafiya dizayn və reklam senarilərinin yazılması xidmətləri üzrə fəaliyyət göstərir. Gənc şirkət olmasına baxmayaraq qısa müddətdə peşəkarlıq bacarıqlarına görə bir çox yerli və qlobal şirkətlərlə eləcə də dövlət qrumları ilə sıx əməkdaşlıq və sifarişçilərə creativ vizuallar, video və foto çəkilişlər təklif edirlər. Komanda öz təcrübələrini və necə karyera qurmaq yolları ilə bağlı gəncləri maarifləndirir və təlimlər keçirlər.
Bu dəfə Frame Studio komandasının növbəti görüşü Quba Asan Xidmət Təlim Mərkəzində Asan könüllülər və gənclər arasında keçirilib.Təlimdə ölkəmizdə olan bir çox yerli və qlobal brendlərlə əməkdaşlıq etmiş Frame Studiyasının təsisçiləri Məhəmməd Baxış, Eltac Niftəliyev və komandanın digər üzvləri Gülarə Məmmədli,Nicat Moylazadə,Faiq Fətullayev öz bilik və bacarıqlarını və bu günə kimi qazandıqları nailiyyətləri haqqında iştirakçıları məlumatlandırıblar.
Təlimin məqsədi ənənəvi fotoqrafiya ilə yanaşı reklam fotoqrafiyası və iştirakçılar arasında bu sahəyə marağı,həvəsi olan bacarıqlı gəncləri kəşf etmək, gənclərin düzgün karyera qurmalarına, təcrübə əldə etmək imkanlarına dair təlimlərin, müzakirələrin keçirilməsi olub.
Təlim çox maraqlı və əyləncəli keçib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.Təlim zamanı bu sahəyə daha marağı olan iştirakçılara öz istəkləri ilə daha geniş məlumatlanma və təcrübə qazanmaq şansı verilib ki,həmin gənclərə əlavə olaraq komanda əlaqə saxlayacaq və öz təcrübələrini öyrədəcəklər. Ümumilikdə,təlimdə 100-ə yaxın Asan Könüllülər, gənclər iştirak edib.
Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib. Xatirə şəkilləri çəkilib.