Dünən Bakı şəhəri Xəzər rayonunda Azərbaycan Respublikasının Milli Qəhraman Elşad Məmmədhənifə oğlu Yəhyayevin adını daşıdığı 56 saylı tam orta məktəbdə doğum günü münasibəti ilə anım mərasimi keçirilib. Mərasim torpaqlarımızın işğaldan azad olması və müstəqilliyimiz bərpası uğrunda həlak olaraq şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə sayğı duruşuyla və ardından dövlət himniylə başladı. Məktəblilərin hazırladığı təqdimatda qəhramanımızın həyatı və keçdiyi şərəfli döyüş yolu səsləndi. Elşad Yəhyayev 1966-cı il may ayının 5 də Azərbaycanın dilbər güşələrindən olan Şəkidə dünyaya göz açıb. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedib.1983-cü ildə Bakıya köçdükdən sonra hazırda adını daşıdığı 56 saylı məktəbdə təhsilinin davam etdirir. 1984-86 cı illərdə hərbi xidmətdə olub. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 1991-ci ildə leytenant rütbəsi ilə doğma vətənə qayıdıb və könüllü cəbhəyə gedib. Sırxavənd,Naxçıvanlı,Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. 20.06.1992-ci idə Xocalı rayonu Naxçivanik kəndində gedən döyüşlərdə qəhramancasına həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına layıq görülüb və Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Məktəblilər qəhramana həsr olunmuş şerlərdən parçalar söylədilər və bütün şəhidlərimizə sayğı əlaməti olaraq fəxri qarovulda dayanaraq hərbi marşlar ifa etdilər. Məktəbin direktoru Könül Hüseynova qəhramanımızın anası Elmira xanım Yəhyayevanı həmçinin bütün qonaqları salamladə. Söz Elşad Yəhyayevin döyüş yoldaşlarına və əziz qohumlara verildi. Qəhramanın qardaşı Rahim Yəhyayev bu yaxınlarda Saratovda qardaşı ilə hərbi məktəbdə təhsil alan bir yoldaşıyla əlaqə qurduğundan söhbət aşdı və Elşadı bir hərbiçi kimi özəl xüsusiyyətlərini açan məktubunu oxudu. 27 il oğul həsrətiylə bu gün də göz yaşı axıdan əziz Elmira xanım qürurla ” Bizim təkcə ailəmiz deyil neçə nəsil öncəki əzizlərimiz də bütün müharibələrdə iştirak edib. El.adın babası,atası ,özü və iki öncə 44 günlük müharıbədə nəvəm Rəhim . ” Anım mərasimi məktəbin həyətindəki büstün ətrafında davam etdi. Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Jalə Cəfərova keçən il 29 şəhidimizin həyatını əks etdirən ”Kiçik dünyanın böyük insanları ” kitabındakı bəzi məqamları xatırladaraq Mən əminəm ki kitabxananıza keçən il hədiyyə etdiyim kitabı əziz məktəblilərimiz oxuyub və Elşad Yəhyayevlə bağlı daha geniş məlumatla tanış olublar. Məktəbinizdəki təlim-tərbiyə işləri ,yetişməkdə olan gənc nəslin vətənə sevgi,lazım gələndə canından keçməyi aşılayan tədbirləriniz,konfraslarınız haqda hər zaman sevə-sevə izləyirəm. 44 günlük Vətən müharibəsində məktəbinizin iki şəhidinin və 4 qazinizin olması buna ən layiqli nümunədir.Anım mərasimi 6 a sinif şagirdi Rəhimov Renatın söylədiy ”Tarix yazan şagidlər” şeri hər kəsi duyğulandı. Bu arada məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qafurzadə Vəfa xanım məktəbin foyesində şagirdlərin Zəfər günü münasibəti ilə hazırladıqları əl işlərin təqdim etdi. Mərasim Şəhidlər Xiyabanına ziyarətlə başa çatdı.