“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasını uğurla başa çatdırmışdır. Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdan ibarət idi. Layihə 3ay müddətində həyata keçirildi.
Layihə çərçivəsində 12 tədbir keçirildi.Ağdam rayonunda Baharlı-1 qəsəbə orta məktəbində,Ağdam Sosial İqtisad Kollecində,Ağdam 2 saylı məktəbdə ,Ağdam 111saylı məktəbində ,Ağcabədi rayonunda 556 cı qəsəbədə Xocavənd məktəbində,Peşə liseyində və Laçın Taxta Körpüdə ,Boyat kəndində ,Bərdə rayonunda İdarəetmə vəTexnalogiya kollecində 2 qrupda və 105 saylı Peşə liseyində 2qrupda tədbirlər keçirildi. Tədbirlərdə layihə rəhbəri ,ekspertlər ,Rayon İH-nin nümayəndələri ,RGM –nin rəhbəri və icma nümayəndələri iştirak etdilər.
Tədbirlərdə, ekspertlər Gender bərabərliyi,Gender Əsaslı Zorakılıq,Məişət zorakılığı,Erkən və qohum nigahlar, Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu, zorakılığın formaları ,Məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən işlər haqda,zorakılığın növləri məlumat verildi. Sonra müzakirələr oldu. İştirakçılar müzakirələrdə fəal iştirak etdilər. Onlar məişət zorakılığının sosial kökündə yoxsulluğun,müharibənin vurduğu psixoloji zərbənin ,işsizliyin, alkoqolizmin,xarici teleserialların, qanunlardan xəbərsizliyi,savadsızlığın olmasını bildirdilər. Həll yollarını işyerlərinin açılmasında ,televiziyalarda nümunəvi verlişlərin verilməsini və Məişət zorakılığı barədə qanunun təbliğinin genişləndirilməsində gördülər. Maarifləndirmənin isə onların həyatında dəyişiklik yaradacağına ,gender bərabərliyinin təmin olunmasında böyük rolu olacağını bildirdilər.
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.
Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin mətbuat xidməti