Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.
Dünyaxeber.org APA-ya istinadən xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. 2 gün sonra isə direktor vəzifəsindən azad edilmişdi.
Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.