Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi layihənin icrasına başladı


Bu gün (01.02.2023-cü il) Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional amillərin və mental dəyərlərin məişət zorakılığında rolu” adlı layihənin icrasına başladı. Layihənin icrası zamanı məişət zorakılığının yaranma səbəbləri, onun aradan qaldırılması yollarını göstərən sənədli film hazırlanacaq. Sənədli film Şirvan şəhəri, Sabirabad və İmişli rayonlarında yaşayan yeniyetmə və gənclərə nümayiş olunacaq. Bundan başqa layihə çərçivəsində həmin bölgələrdə yaşayan gənclərə və yeniyetmələrə məişət zorakılığı ilə bağlı maarifləndirici bükletlər hazırlanıb, paylanılacaq. Ölkə qanunlarının, ayrı-ayrı dövlət qurumlarının bu kimi problemlərin aradan qaldırılmasındakı rolu, eyni zamanda dünya təcrübəsi ilə bağlı gənclərə və yeniyetmələr məlumatlar veriləcək.
Layihə 01.04.2023-cü il tarixə qədər davam edəcək.

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin Mətbuat xidməti

Conflict.az