Bəzi xalq təbabəti üsulları qrip, kovid kimi ağır viruslarda işə yaramır.
Türkəçarəkəri də həkimlə məsləhətləşib tətbiq etmək lazımdır.
Bakupost.az xəbər verir ki, rusiyalı həkim infeksionist Vladislav Jemçuqov bəzi türkəçarələrin effektivliyini təsdiq edib.
Xüsusən indi Rusiyada donuz qripi yayıldığı ərəfədə həkim bu metodları tövsiyə edib.
“Terapiyada ən faydalılarından biri xardal plastırları və banka ola bilər.
A H1N1 virusu bronxları çox zədələyir. Xardal yaxmaları və tibbi bankalar ağciyərlərə qan dövranını artırır, ağır pnevmoniya, bronxit riskini azaldır.
Amma bankaları da həkim xəstəni müayinə etdikdən sonra təyin etməlidir. Xroniki ürək xəstəliyi, təzyiqi, qan xəstəliyi, ağır ağciyər problemi olan insana isti prosedurlar olmaz. Bu zaman ürək yüklənir, təhlükəli vəziyyət yarana bilər.
Digər faydalı metod xardallı ayaq vannasıdır. Qışda ayaqların soyuması immuniteti zəiflədir. Ona görə qızışdırıcı vannalar, xüsusən xardal, duzlu olsa, immunitet dəstək alar”.