Dunyaxeber.org a verilən məlumata görə dekabrın 24 – ü Sumqayıt şəhər poeziya evində istedadlı həkim-şairə Səadət Salmanqızının “Dünya, səndən gileyim var” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Poeziya Evinin direktoru şair İbrahim İlyaslı Dövlət himni və şəhidlərin ruhuna sayğı duruşundan sonra tədbiri giriş sözüylə açıq elan edib.
Tədbirin aparıcılığı kitabın ön söz müəllifi şairi Xaqani Abbasəli Öztürkə həvalə olunub.
Səadət xanımın atası Salman müəllim, ədəbi tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin sədri Rafiq Oday, Respublikanın Əməkdar artistləri: İzaməddin Bağırov və Nazir Rüstəm, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, kitabın redaktoru Asif Asiman, şəhid Orxan Rəhimlinin anası Pərvanə xanım, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, qələm adamları: Usta Fəxrəddin, Arif Ərşad, Lilpar Cəmşidqızı, Mürvət Qədimoğlu Həkəri, Rəfiqə Şəms, Aygün Fikrətqızı; Sumqayıt Tibb Mərkəzinin kollektivi: Aynur Həsənova, Sevinc Əliyeva, Ramil Zeynallı, Könül Məmmədli; 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vüsal İbrahimli, Zəngilan rayon 11 saylı tam orta məktəbin direktoru Sürxay Cabbarov çıxış edərək müəllifi yeni nəşr olunmuş şeirlər kitabı münasibətilə təbrik edib, Səadət Salmanqızının yaradıcılığından danışıb, kitabda yer alan şeirlərdən bir neçəsini səssləndiriblər.
Tədbir boyunca musiqiyə də yer verilib.
İki saaatdan artıq davam edən tədbir Səadət Salmanqızının “Dünya, səndən gileyim var”ı oxuculara imzalaması ilə başa çatıb.
Sonda xatirə şəkli çəkilib.
Dunyaxeber.org