Rusiyada yaşayan tanınmış yazıçı Prezidenti təbrik edib

Rusiya Yazıçılar İttifaqının üzvü olaraq “F. M. Dostoyevski” və “Sergey Yesenin” medallarına layiq görülən yazıçı, həkim-implantoloq Sabit Əliyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda bildirilir: “Böyük iftixar hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Prezident olaraq Sizin apardığınız düzgün siyasət nəticəsində bu gün müstəqil Azərbaycan bütün azərbaycanlılar üçün güc mənbəyi olub. Güclü dövlətin, güclü diasporu olaraq Sizinlə fəxr edirik.
Mən də bir yazıçı olaraq mütəmadi olaraq dünya azərbaycanlılarının birliyinə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə mütəşəkkil formada qələmimlə təbliğini aparıram. Əsərlərimdə azərbaycançılıq qəhrəmanlarımın xarakterində özünü daimi büruzə verir. Sizin rəşadətiniz və əmrinizlə 44 günlük Vətən müharibəsində Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə həsr olunan “Mənim evim Şuşa” və “Sevgi küləyi” adlarında kitablarım dərc olunub. Bu kitablarımda dünya azərbaycanlılarının Vətən müharibəsindən sonra mənəvi olaraq rahat nəfəs ala bilməsi, başlarını dik tuta bilməsi faktoru önə çəkilir. Ümumiyyətlə, yaradıcılığımda, Qarabağ məsələsinə hər zaman geniş yer ayırıram
Əziz Ali Baş Komandan,
Sizin töhfəniz sayəsində Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Sizi bir daha doğum gününüz, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, tükənməz güc və planlarınızın uğurla reallaşmasını arzu edirəm”.