Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış qarmon ifacısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Vaqif Əliyevin 60 illiyinə həsr olunmuş,“Azərbaycan ifaçılığında qarmon sənəti “
adli tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə acan,Sənətşunaslıq üzrə fəlsəfə doktoru, Səadət Təhmirazqızı bildirdi ki, ömrünün cox hissəsinin Azərbaycan qarmon sənətinin inkişafına həsr edənlərin biri də peşakar musiqici Vaqif Əliyevdir.
Vaqif Əliyevin uşaqlığı Qarabagın məhşur kəndlərindən sayılan,vaxtı ilə Şuşa qəzasının , sonra isə Ağdam şəhərinin tabeciliyinə Abdal-Gülablı kəndində ( Məhşur tarzən Qurban Primov, xalq artistləri Sara Qədimova, Rəmiş. Səxavət Məmmədov, mahir qarmon ifacısı Aydın Əliyev və başqaları, bu kəndin yetişdirməlidirlər) keçməsinə baxmayaraq, onun musiqi yaradıcılığı Bakı şəhəri ilə bağlanmışdır.
Vaqif Əliyev 1982-1986 ci illərdən Azərbaycan Mədəniyyət və İncasanət universitetinin mədəni-maarif fakultəsində təhsil almışdır.
Daha sonra Vqaif Əliyevlə bir yerdə calışan müəllimlərdən, Milli Konservatoriyanın kafedra müdiri, sənətşunaslıq üsrə fəlsəfə doktoru, dosent Malik Mansurov. Milli Konservatoriyanın müəllimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent qarmon ifaçisi Aydın Əliyev, Mədəniyyət və incəsənət universitetinin “Muğam Sənəti” kafedrasının müdiri – xalq artisti Teyyub Aslanov, xalq artisti Gulyas Məmmədova, Əməkdar artistlər Təhmiraz Şirinov-Fizruz Səxavət və başqaları Vaqif Əliyevin cox isdedatli və mugamlarımızı bilən peşəkar qarmon ifacısı olduğundan danışdılar. Vaqif Əliyev də cıxışında dedi ki, ömrünün ən xoş duyğularını, mərhum xanəndəmiz Səxavət Məmmədov tərəfindən 1986-1991 ilə kimi Azərbaycan dövlət konsert birliyi nəzdində yaradılmış, “Qarabağ” ansambılının aparıcı solistii kimi xatirlayır, Daha sonrakı illərdə Azərbaycanın xalq artistləri olan Əlibaba Məmmərdovun, Agadadaş Agayevin, Yaqub Məmmədov,Vahid Abdullayev,Gulyanaq və Gülyaz Məmmədova bacıları, Fehruz Səxavətin yaratdıqları musiqi kollettivlərinin aparıcı qarmon ifacısı kimi calışmışdır.
Cıxış edənlər sözlədilər kio, uzun illər Azərbaycanın tanınmış xalq artistləri ilə,xarici ölkələridə keçirilən tədbirlərində, Azərbaycan milli musiqimizi peşakarlıqla təbliğ etmişdir.
Tanınmış qarmon ifacısı olan Vaqif Əliyein yaşının 60 olmasına baxmayaraq hal-hazırda da Azərbaycam Dövlət Milli Konservartoriyasında muəllim kimi calışır, milli oyun havalarımızı və muğamlarımzı dərs vəsaiti kimi gənc tələbələrimizə tədris edir.