“Başını uca tut, şəhid anası” kitabının təqdimatı keçirildi

 

“Başını uca tut, şəhid anası” kitabının təqdimatı keçirildi

“Başını uca tut, şəhid anası” kitabının təqdimatı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, MKS-nın Mərkəzi  Kitabxanasında 22 noyabrda keçirildi.

 

 

Fact-info.az-ın verdiyi məlumata görə, bir dəqiqəlik sükutla Şəhidlərimiz anıldıqdan sonra “Başını uca tut, şəhid anası” kitabı haqqında məlumat verildi, müzakirələr başladı.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova çıxışında bildirdi: “Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin “Başını uca tut, şəhid anası” layihəsi çərçivəsində Şəhid analarının igid övladları ilə bağlı xatirələri əsasında yazılmış“Başını uca tut, şəhid anası” kitabı çap olunub. Kitabda 22 şəhid anasının öz qəhrəman övladları haqqında xatirələri, düşüncələri yer alıb. Nə qədər acı olsa da, Şəhid anaları öz igid övladları ilə qürur hissi keçirirlər. Cəmiyyətə örnək olan bu insanların qarşısında biz baş əyirik”.

Tədbir zamanı Şəhid anaları belə  nəşrlərin zəruri olduğunu və bu  mövzuda kitabların davamlı olmasını bildirdilər. Daha sonra QHT sədrləri Könül Quliyeva, Əkrəm Bəydəmirli, QHT sədrinin müavini, ilahiyyatçı alim Rahim İsmayılov,  gənc şair Gülağa Məmmədov, MKS-nın Mərkəzi  Kitabxanasının direktoru Nəcibə Hüseynova və digərləri kitabla bağlı fikirlərini bölüşdülər. Azyaşlı uşaqlar vətənpərvərliklə bağlı müxtəlif şeirlər səsləndirdilər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Dunyaxeber.org