Noyabr ayının 5-də – Səbail rayon Veteranlar Birliyinin konfrans zalında “ Jurnalistlər Ekstremal Şəraitdə” ictimai birliyinin sədri, yazlçı-jurnalist Firuzə Bəyməmməd qızı Əsədullayevanın Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə yazılmış, şəhidlərin xatirəsinə həsr edilmiş “Müzəffər ordunun qalib igidləri” kitabının təqdimatı keçirildi.
Tədbirdə şəhid ailələri, qazilər, və dəvət olunmuş qonaqalar iştirak ediridilər.
Layihənin rəhbəri, və kitabın müəllifi Firuzə Əsədullayeva layihə haqqında məlumat verərək bunları soylədi:
Bu gün- layihə çərçivəsində nəşr edilmiş “Müzəffər ordunun qalib igidləri” kitabını Bakıda ictimaiyyətə təqdim edirik.
Layihənin həyata keçirilməsində məqsəd Vətən müharibəsinin qəhrəmanlarını yazılacaq kitabla daha geniş miqyasda təbliğ etmək, cəmiyyəti maarifləndirmək və onların hər birinin haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır.
Kitab 2020-ci il sentyabr ayının 27 dən başlayaraq, noyabr ayının 8-də Zəfərlə başa atan 44-günlük müharibə müddətində 30 il düşmən tapdağı altında olan Vətən torpaqlarına al qanlarını axıda – axıda şirin canlarından keçən, son nəfəslərində “Təki Vətən sağ olsun” – deyən Qazax, Masallı rayonları və Bakı şəhərindən olan 50 nəfər igid oğullarımızın həyat hekayəsidir.
Xatırladım ki, layihə 6 ay (01.02.2022- 01.08.2022) ərzində həyata keçirilməli idi. Amma müəyyən səbəblər üzündən kitab indi təqdim olunur. Bakıda kecirilən təqdimatdan sonra “Müzəffər ordunun qalib igidləri” kitabı Masallı və Qazaxda ictimaiyyətə təqdim olunacaq.
“Müzəffər ordunun qalib igidləri” kitabının redaktoru yazıçı-ssnarist Elxan Xanalizadədir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi və kollektivinə göstərdikləri həm maliyyə, həm də mənəvi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Tədbirdə iştirak edən qonaqlar, şəhid ailələri kitabla bağlı ürək sözlərini söylədilər.
Bütün iştirakçılar qəhrəman şəhid oğullarımız haqqıda belə kitabların yazılışının günün aktual məsələsi olduğunu bildirərək, kitabın müəllifinə təşəkkürlərini bildirdilər və ondan şəhidlərlə bağlı yeni kitabların ərsəyə gətirməsini arzuladılar.