SUMQAYITDA FİLM KİMİ OLAY-TƏHSİL İDARƏSİNİN İŞÇİSİ ADAM VURUB QAÇDI,DAHA SONRA POLİSƏ MÜQAVİMƏT GÖSTƏRDİ VƏ….

Bu gün Sumqayıtda yerləşən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Məhəmməd Bayramov adlı işçisi yol nəqliyyat hadisəsi törədib.O idarə etdiyi avtomobillə velosipedçini vuraraq hadisə yerindən yayınıb və çox keçmədən Sumqayıt polisinin çevikliyi nəticəsində yaxalanıb.Polis Məhəmməd Bayramovu həbs edən zaman o polisə müqavimət göstərərək,orada olan şəxslərə ciddi xəsarət yetirib və hadisə yerindən qaçıb.Daha sonra təşkil olunmuş əməliyyat-axtarış nəticəsində Məhəmməd Bayramovu həbs etmək mümkün olub.Daha sonra o məhkəmə qarşısına çıxarılaraq 10 sutka azadlıqdan məhrum edilib.Sonda Elm və Təhsil Naziri Emin Əmrullayevin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın nəzərinə çatdırmaq istəyirik ki,cinayətkar şəxslərin təhsil şöbəsində məsul vəzifə daşıması yolverilməzdir.
Araşdırmamız davam edir.Mövzu diqqətimizdədir.