Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsi çərçivəsində çəkilmiş sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycan kəlağayısının qədimliyindən, istehsalından və onun böyük əhəmiyyətindən bəhs edilir.
Sənədli film “Yeni Film Prodakşn” MMC tərəfindən istehsal edilib. Ekran əsərinin layihə rəhbəri Güllü Eldar Tomarlı, filmin ssenari müəllifi isə Rəfail Tağızadədir.