“Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə -“Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” layihəsinin icrasını uğurla yekunlaşdırıb.
“Ziyalı Ocağı” İctimai Birliyin sədri İlahə Əliyeva layihə ilə bağlı məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycanın xarici ölkələrdə və eyni zamanda beynəlxalq səviyyədə maraqlarının qorunmasıdır.
Gerçəkləşdirilən tədbirlər, layihə çərçivəsində lentə alınan “İşğal” adlı film Azərbaycan həqiqətlərini, haqlı davamızı özündə əks etdirirdi. Terrorçu dövlət olan, müharibə cinayətlərinə əl atan işğalçı, qəsbkar Ermənistanın əsl üzünü dünyaya tanıtmaq məqsədi ilə bir sıra tədbirlər keçirdik. Düşmənlərimizi unutmamaq və gələcək nəsillərə unutdurmamaq üçün əsas məsədimiz reallaşdırdığımız layihələrdə işğaldan azad olunmuş ərazilərimizdə mövcud olan vandallıq aktlarını geniş ictimaiyyətə tədim etmək idi.
Milli-mədəni abidələrimizə qarşı vəhşiliklə yanaşan bu barbarlar beynəlxalq qanunlar qarşısında törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunmalıdırlar.
Layihə dövründə apardığımız təbliğat və təşviqatın əsas istiqaməti Azərbaycan gerçəkliyinin təzahürü idi.
Ötən illər ərzində mənfur erməni təbliğat maşını əsassız, uydurma iddialarla Qarabağı, işğaldan azad olunan rayonlarımızı bütün dünyaya erməni yurdu olaraq təbliğ etdi və hazırda da bundan çəkinmir.
Beynəlxalq aləmin məsələyə səssizliyi, müdaxilə etməməsi kimi qeyri-düzgün yanaşma, tərəfbazlığı, ədalətsizliyi, özbaşınalığı özündə barındırır. İnsanlıq çərçivəsindən çıxan bu kimi halların mövcudluğu mənfi haldır və beynəlxalq qanunlar çərçivəsində, demokratik şəkildə təcili surətdə aradan qaldırılmalıdır—deyə bildirib.
Özlərini dünyaya demokratiyanın beşiyi olaraq təqdim edən Avropa və avropalılar özünün haqlı davasında mübarizə aparan Azərbaycana demokratik prinsiplərlə yanaşmalı, pozulmuş hüquqlarımızın bərpasında ədalətli mövqe tutmalıdırlar. Qanunun təcəllisində, aliliyində vacib amil birtərəfli mövqe, haqqın-hüququn tapdalanmasına yol verməməkdir. Yalnız belə olan təqdirdə, sülh, əmin-amanlıq bərpa edilər, dinc insanlar, mülki vətəndaşlar rahatlıq tapar, həyat sakit ritmə dönər.