Xocalını özüm azad edəcəyəm başlıq müəllif Səriyyə Müslüm qızı

30 il işğalda qalan torpaqlarımız bu oğulların qanları, canları bahasına azad edildi. Belə oğullardan biri də ŞƏHİD zabit, mayor Ruslan Cəfərovdur. Onun qəhrəmanlıqlarla dolu olan həyat yolundan bəhs edən “Xocalını özüm azad edəcəyəm” sənədli -xroniki filminin təqdimatı İlahiyyat İnstutunda keçirildi. Filim Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində ərsəyə gəlmişdir. Filmin senari müəllifi Səriyyə Müslümqızı rejissoru isə Murad Adiloğludu. Təqdimatda şəhidin ailə üzvüləri, millət vəkilləri Ceyhun Məmmədov, Məlahət xanım Həsənova, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yldaşı Flora xanım Qasımova, Tibb Univeristetin professoru Mübariz Hamısıahverdiyev, professor Şikar Qasımov,professor şənətşünas Məleykə xanım Alıoğlu, aktirisa Həlimət xanım, şairə Zenfira Əlişqızı, 1-ci Qarabağ müharibəsi veteranları Murad Şükürov, Bəxtiyar Aslanov, Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Tacir Əzizov, Xocalı 1 saylı və 2 saylı məktəbin pedaqoji kollektivi, şəhid ailələri, qazilər, hərbçilər iştirak etdilər. Xocalı soyqrımının dünyada yayılması ilə bağlı Birliyimizlə əməkdaşlıq edən İlahiyyat İnstutunun rektoru professor Aqil Şirinov çıxışında şəhidin keçdiyi döyüş yolundan, sücayətindən söhbət açdı, belə igidlər döyüş meydanında , biz isə ideolji sahədə döyüşürük.. Gələcəkdə də bu təbliğatımızı davam etdirəcəyik.Xocalı soyqrımını tanıtmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Millət vəkilləri Ceyhun Məmmədov və Məlahət xanım Həsənova da zəfəri bizə yaşadan belə oğulların tarixin köksündə qalacaqlarını, qəhraman oğulları dünyaya gətirən anaların baş tacımız olduqlarını vurğuladılar. Xocalının ziyalıları Mübariz Hamısıahverdiyev və Murad Şükürovda Xocalıların mərdliyini, mübarizliyini dilə gətirdilər. Zabitimizin də bu yolu davam etdirərək şəhidlik zirvəsinə yüksəlməsinin qürür mənbəyi olduğunu bildirdilər. Sonda Dayaq Vətən Müharibəsu Əllillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Məcid Məmmədov və Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslümqızı şəhidin anası Alimə Cəfərovaya Azərbaycanın 3 rəngli bayrağını və fəxri fərmanı təqdim etdilər. ŞƏHİDLƏR ÖLMƏZ vƏTƏN BÖLÜNMƏZ!