“Turan”  Vətəndaş Cəmiyyətinə Yardım Ictimai birliyi                  QHT “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” Layihəsini həyata keçirir.

“Turan” Vətəndaş Cəmiyyətinə Yardım ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği” layihəsində nəzərdə tutulumuş ilk seminarı 07 oktyabr 2022-ci il tarixdə Sabirabad rayon Qaratəpə kənd tam orta məktəbində keçirdi.

Seminarda  30 nəfər məktəbin yuxri sinif şagirdləri iştirak etdi.Yeniyetmə və gənclərə Seminarın mövzularına uyğun olaraq məlumatlar verildi.Tədbirdə layihənin eksperti Azər İsmayıl tərəfindən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Yeni texnologiyalarla və taktika ilə torpaqlarımızın qısa müddət ərzində erməni vandallarından azad edilməsindən danışdı.Bundan sonra Layihə rəhbəri Yaqub Babayev yeniyetmə və gənclərə Qarabağın tacı olan“Şuşa” şəhərinin işğaldan azad olması  barədə geniş məlumat verdi.O bildirdi ki, “Şuşa” əməliyyatı bu gün beynəlxalq hərbi ekspert və mütəxəssislər tərəfindən öyrənilir.Onlar bu əməliyyatı öz hərbi dərsliklərində istifadəsinə başlamışlar.Bundan əlavə tədbir iştirakçılarına Vətən müharibəsində “Şəhid” olmuş Sabirabadlı gənclərin həyat və döyüş yolları barədə geniş məlumat verildi.Layihə rəhbəri və ekspert tərəfindən Sabirabad rayon Qaratəpə kənd tam orta məktəbin məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əhmədovun döyüş yolundan və onun necə vətənpərvər bir insan olduğundan danışdılar və hər bir yeniyetmə və gənc üçün nümunə olduğunu söylədilər.Tədbirdə Sabirabad rayon Qaratəpə kənd tam orta məktəbin direktoru Gülnar Hüseynova, direktor müavinləri Nüşabə Əhmədova və Nihad Şükürovda iştirak etmiş və onlar da seminarın gündəliyinə uyğun olaraq yeniyetmə və gənclərə öz tövsiyələrini verdilər. Sonda həm layihə rəhbəri və həm də ekspert tərəfindən gəncləri maraqlandıran sullara cavab verildi.

Tədbir iştirakçılarına Vətənpərvərlik olmaları və daima torpaqlarımızın göz bəbəyi kimi qorunması üçün həmişə Vətənin müdafiəsinə hazır olmaları barədə tövsiyələr verildi.