İstedadlılar rubrikamızın növbəti qonağı gənc vətənpərvər müğənni Nahid Cəfəroğludur.

Nahid bəy, belə bir deyim var “qarşındakı xalq artisti olsa belə təqdimata ehtiyacı var”. Özünüz haqqında Dünyaxeber.org saytının oxucularına bir az məlumat verin zəhmət olmasa.

-Məlikov Nahid Cəfərağa oğlu 1989 cu ildə Neftçala rayonunun Xolqarabucaq kəndində həkim ailəsində dünyaya gəlmişəm. Ailədə babam , dayılarım ,xalalarım həkim olduğu üçün bəlkə də mən də bu sənətə yiyələnmişəm. . Amma hər zaman ruhumun dərinliyində şeirə ,meyxanaya ,musiqiyə maraq olub.

Nahid bəy musiqi təhsiliniz var?
– Musiqi təhsilim yoxdur , uzun zamandır gözəl sənətkarımız ,vokalist Fuad Dadaşovdan vokal dərsləri alıram və gələcəkdə incəsənət universitetinin tələbəsi olmaq fikrim var.

Nə gözəl! Peşəkar musiqilərin yaranması üçün əlbəttə musiqinin sirlərini ,dərinliklərini,muğamları bilmək lazımdır. Fuad Dadaşov da bizim dəyərli sənətkarımızdır ,o özü də bir məktəbdir

– Mən əsasən musiqili meyxana ifa edirəm ,zamanla daha peşəkar insanlarla çalışdıqca daha səviyyəli ,sənət işləri görməyə çalışıram. Televiziya kanallarına dəvət aldıqca buna daha çox ehtiyac duyuram. Bu yaxınlarda Xəzər televiziyasında yayımlanan ” Bir gün sizdə ,bir gün bizdə ” verlişində , Arb kanalında ” kim var ,kim yox ” layihəsində iştirak etmişəm. Bundan əvvəl isə 2019- cu ildə Kamran Həsənlinin “Musiqili meydan 6 ” layihəsinin qalibi olmuşam

Çox gözəl! Bildiyimə görə ailəlisiniz , ailədə bu sənətə görə narahatlıq ,qısqanclıq yaranmır ki ? Çünki hər zaman müğənnilər haqqında yazılan ,deyilən xoşagəlməz sözlər hər kəsin düşüncəsində müğənniyə qarşı müəyyən fikir formalaşdırıb.

– Yox mən belə bir halla qarşılaşmamışam . Güvən olan yerdə qısqanclıq da olmur . Əksinə ailəm hər zaman mənim sənətimi dəstəkləyir

Bundan sonra da bu minvalla davam edəcəyini arzu edirəm .Toxunduğunuz musiqilər daha çox vətən mövzusundadır. Heç sözsüz ki 44 günlük Vətən müharibəsindən sonra 2 il ərzində bütün yaradıcı insanların yaradıcılığında vətən ,qəhrəmanlıq ,şəhid mövzuları daha çox yer alıb. Sizin də qələminizdən bu mövzu yan keçməyib.

-Vətən üçün oğullar canından keçdi onların qəhrəmanlığını tərənnüm etmək, yaşatmaq borcumuzdur. Mən stomotoloq sahəmdə də yüzlərlə şəhid ailəsinin dişlərini təmənnasız müalicə etmişəm və bundan sonra da bunu özümə borc bilirəm.
Musiqilərə gəldikdə isə yeni ,söz və musiqisi özümə aid müəllim mahnısı işıq üzü gördü.Kliplə birgə izləyicilərə təqdim etdik. Klipimdə Müəllim obrazını gözəl aktrisa Şəbnəm Turan cankandırdı. Əslində hər mövzuda işlərim var sizin də dediyiniz kimi biz də vətənə borcumuzu belə ödəmək istəyirik.

Yaradıcılığınızla bağlı hansı hadisə sizi yaxşı mənada gözləmədiyiniz qədər təəccübləndirib?

Leyla xanım , bir çox qəhrəmanların sücaətini musiqilərdə cankandırmışdım onlardan bir də polkovnik Tehran Mənsimov idi .Onun haqqında mahnı ifa etmişdim . Bir gün tıxacdayam mənə zəng gəldi kimdir – Soruşanda Tehran Mənsimovdur -dedi . Qəhrəmanlığından bəhs edən musiqiyə görə təşəkkür zəngi etmişdi ,doğrudur o zamandan münasibətimiz ,dostluğumuz yarandı . Amma o an necə sevindiyimi ,həyəcanlandığımı sözlə ifadə edə bilmirəm .

Musiqilərinizi kiminlə məsləhətləşirsiz ,sizə bu sahədə dəstək olanlar varmı ?

Bəli ,məni sənətə həvəsləndirən ,dəstək olan dostlarım var,onlarda ustadım deyə biləcəyim Tahir Ümidi ,Oktay Kamili və yaradıcılığından bəhrələndiyim Ələkbər Yasamallını qeyd edə bilərəm . Oktay Kamillə bir duet ifa etmişik,yaxın zamanda Oktayın dəsti-xətti olan yeni bir ifanı dinləyicilərin ixtiyarına verəcəyəm.
Hal-hazırda görülən işlərin layihə rəhbəri vətənpərvər ruhda musiqilərin müəllifi,bəstəkar Fərahim Sadiqdir.Kliplərimin ərsəyə gəlməsində rejissor və ssenarist Mircəlil hər zaman bir dost kimi dəstək olur. Musiqilərimin aranjımanında Musa Bağırsoya , Etimad Əliyevə və Ozal Əliyə minnətdaram ki hər zaman məndən öz dəstəklərini əsirgəmirlər. Eləcə də səs rejissoru Simral Sultan da dəstək olan dostlar siyahısındadır.
Neçə müddətdir hərbi hissələrdə ,Qarabağda, Şuşada əsgərlərimiz üçün təşkil olunan tədbirlərə dəvət etdiyi üçün təşkilatçı Sevda Zülfüqarovaya minnətdaram .
Sosial mediyaya aid işlərdə hər zaman yanımda olan Toğrul Şahbazidir ki ,o da çox vətənpərvər insandır . Bir çox bölgələrdə bərabər şəhid evlərində olmuşuq .

Nahid bəy ,sizi bir sənətçi kimi az- çox tanıyırdım indi isə dəyərli xüsusiyyətlərə malik bir insan kimi kəşf etdim. Bəs sizcə sənəti olan şəxsin insanlığı yoxdursa …?
– Çox gözəl mövzuya toxundunuz. Mənimçün hər zaman insanlıq daha öndə olub . İnsanlığı olmayan şəxslərlə yol yoldaşlığı belə etmirəm.

Səmimi söhbətə görə təşəkkür edirəm .Dunyaxeber.org saytı adından sizə sənətinizdə və həyatınızda uğur arzu edirəm .

Leyla Mətin Dunyaxeber.org