Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək “adlı layihə çərcivəsində Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatcılığı ilə “Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir”mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə acan Azərbaycan Turizm və Menecment Universitetin Karyera və kommunikasiya şöbəsinin müdiri Məmmədova Səidə bildirdi ki, sağlam həyat,sağlam ailə və narkomaniyanın və pis vərfişlərin təbliğində gənclərin rolu böyükdür. Layihə rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında,Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasında qrup üzvü Muğan Əliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi, layihə çərçivəsində keçirilən tədbirlər barədə və aparılan profilaktik tədbirlər barədə məruzə ilə çıxış etmişdir. Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Tədbirdə ,Narkomaniya,QİÇS və İİV təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək və Sertifikatlar paylanılıb . Sonda ,əsrin bəlası Narkomaniya,QİÇS və İİV əks etdirən video çarx nümayiş olunub. Layihə iştirakçıları əsasən 19-20- yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin tələbələri Universitetin pedoqoji kollektivi rayon ictimaiyyət nümayəndələri,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və könüllülər iştirak ediblər . Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Agentliyin dəstəyi ilə həyata keçirilir. GVB-n Mətubat və İnformasiya şöbəsi