İranda molla rejimində baş vermiş hadisələr, insan və qadın haqlarına ziddir . Əgər bir ölkədə dövlət 22 yaşlı Məhsa Əmini hicabı düzgün taxmadığına görə əxlaq polisinin zorakılığı nəticəsində 6 güllə vura bilirsə,deməli daxili və xarici siyasəti milli mənafelərə deyil, riyakar bir rejimdi!
İranda baş verən hadisələrin bu həddə çatmağını, baş vermiş hadisələrin xoşagəlməz hallarla nəticələnməsini istəməzdik. Bir xalq artıq bu şəkildə ciddi etiraza qalxıbsa, xüsusən söhbət qadın zorakılığından gedirsə, demək ki, məsələ çox ciddidir.
Artıq orada hadisələr nəzarətdən çıxıb və 77 nəfər haqqını tələb edən günahsız şəxslərin ölümünə səbəb olub. Artıq hadisələr idarə olunmaz hala çevrilmişdi.
QHT- e qadin ictimai təşkilatları olaraq qonşu dövlətdə baş verən haqsızlıqlara,qadınların ölmünə biganə qala bilmərik:
“Bizim hər hansı ölkənin daxili işlərinə qarışmaq fikrimiz yoxdur, bizi bir ictimai birlik olaraq İran Dövlətində yaşayan, Azərbaycan türklərinin taleyi narahat edir. Dünyanın harasında istəyir yaşayan bir azərbaycanlının problemi bizim problemimizdir. Ona görə də Azərbaycan cəmiyyəti baş verən hadisələrə biganə deyil. 40 milyondan artıq soydaşımız molla reşimində yaşayırsa, onların taleyi bizi narahat etməyə bilməz. Onlar bizdən dəstək görməlidirlər.22 yaşlı qızın əxlaq polisinin zorakılığı nəticəsində güllələyən “fars rejimi” tez bir zamanda millətə olan zorakılığı dayandırmalıdır!
Heç bir din məcburiyyətlə qəbul olunmur! Heç bir din insan canını almağı da dəstəkləmir, tövsiyə etmir!
“Dunya Ana və Uşaqlar” ictimai birliyi
Qadın dünyası” İctimai Birliyi,
“Mədəni İnkişafin Təbliği”İB
Davamlı Turizmin İnkişafına Dəstək İçtimai Birliyi
Ana və uşaqların maarifləndirilməsi İctimai Birliyi.
Ermənı Təcavüzünün Tanıdılması Içtımaı Bırlıyı
DAK Elnara Agayeva
DAK Gulşen Memmedoglu