“DogruXeber.az” bildirir ki, Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta mәktәb direktorunun müəllimdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat daxil olub.
Direktor Əliyeva Gülnarə Qanboy qızının müəllimdən müxtəlif vaxtlarda pul tələb etməsi iddia edilib.
Şikayətçi – adı çəkilən məktəbin müəllimi Babayeva Dursun BAKU.WS-ə bildirib ki, direktor ondan hər ay 165 manat rüşvət alıb:
“11-ci sinfin 5 saat riyaziyyat dərsini və sinif rəhbərliyini mənə verdi. Dedi ki, uşaqlar dərsə gəlmir, o dərsin jurnalını yazacaqsan, hər bir şeyini sən edəcəksən, summativlərini sən aparacaqsan. Amma pulunu mənə verəcəksən. Hər ay məndən 165 manat aldı. Bundan öncəki il isə 10-cu sinif üçün hər ay 150 manat vermişdim”.
Babayeva Dursun məktəb direktoru Əliyeva Gülnarə barəsindəki iddialarını sübut etmək üçün redaksiyamıza səs yazısı da göndərib. O deyib ki, səs yazısında məktəb direktoru Əliyeva Gülnarə, onun müavini Əliyev Mayil və özünün rüşvətlə bağlı danışığı öz əksini tapıb.
Daha bir direktorun rüşvətlə bağlı səs yazısı yayıldı…
Məsələ ilə bağlı direktor Əliyeva Gülnarə ilə əlaqə saxladıq və barəsində olan iddialara münasibət öyrənməyə çalışdıq. Direktor BAKU.WS-ə bildirdi ki, hazırda dərsə girir və yarım saat sonra danışa biləcək. Lakin deyilən müddətdən sonra bir neçə dəfə onunla əlaqə saxlasaq da, telefona cavab vermədi.
Direktor, müavini və müəllim arasındakı səsyazısını olduğu kimi təqdim edirik:
VİDEO BURADA: http://baku.tv/embed/61569