Hələ qədim zamanlardan Aloe suyu müalicəvi və nəmləndirici xüsusiyyətləri ilə geniş şəkildə istifadə olunmuşdur. Hətta nənələrimiz bu bitkini qoruyaraq yetişdirib onun xalq təbabətində olan faydalarından yararlanmışlar. Bu gün aloe vera saç baxımı üçün bir çox kosmetologiya sahəsinin bir hissəsidir.Aloe suyu zədələnmiş saç uclarını bərpa etməyə, saç tökülməsinin qarşısını almağa, kəpəyi aradan qaldırmağa və quru saç uclarına qulluq etməyə kömək edən çox sayda faydalı komponentlərdən ibarətdir.Tərkibi vitamin C, E, B , antioksidantlar və üzvü turşularla zəngindir.Aloenin ətraf yarpaqlarından kesib və təncifə büküb bir həftə soyuducuda saxlayırıq.Daha sonra onu soyuducudan çıxardaraq yarpaqın üst qatın soyub, xırdalayıb blenderdən həll edirik.Alınan məlhəmi tənciflə sıxırıq.Və möcüzəvi olan bu bitkinin suyun saç diblərimizə çəkirik.Bunu bir neçə dəfə təkrar edərək , alınan nəticə tam göz qabağında olacaq.