İctimai iştirakçılıq ilə bağlı monitorinqlər keçiriləcək

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İctimai iştirakçılıq ilə bağlı şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqi” layihəsinin icrasına başlayıb.

Bu barədə Dünyaxeber.org-alayihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıq ilə bağlı şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqini həyata keçiriləcək. Bu sahədə vəziyyətin müzakirə olunması üçün 4 veriliş hazırlanacaq və maarifləndirci bukletlər nəşr olunacaq.

Cəsarət Hüseynzadənin sözlərinə görə, layihənin sonunda dövlət qurumaları nümayəndələrinin, ictimai şura üzvlərinin iştirakı ilə konfrans keçiriləcək və ictimai iştirakçılığa töhfə verən şəxslərə xüsusi mükafatlar təqdim olunacaq.

Layihənin 3 ay müddətində icra olunması nəzərdə tutulub.