Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “NARKOMANIYA – Dünyamızı qaraldan ağ ölüm!” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində Bakı şəhərin Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ və Yasamal rayonlarında yaşayan bir qrup yeniyetmən və gənclər arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən “ağ ölümün” gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını gənclərə çatdırılacaqdır.
Xeberdar.net