Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Şəhid Analarına Dəstək” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Şəhid ailələrinin və qazilərin hüquqi təminatı” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində – Bakı, Sumqayıt və Xırdalan şəhərlərində şəhid ailələri və qazilərimizin iştirakı ilə onların hüquqi təminatları mövzusunda maarifləndirici tədbirlər təşkil ediləcək.
xeberdar.net