Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Ustad Dərsləri” Aşıq sənətinin gənlər arasında təbliği” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində həftədə 2 dəfə olmaqla 7 həftə 8 nəfər yeniyetmə və gəncə saz sənətinin öyrənilməsi məqsədilə dərs veriləcək.