Yeni_layihə _MİNALAR ƏLEYHİNƏ AZƏRBAYCAN KAMPANİYASI İCTİMAİ BİRLİYİNİN MƏLUMATI

Minalar Əleyhinə Azəzrbaycan Kampaniyası ictimai birliyinin məlumatı

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi  “İşğaldan azad olunmuş ərazilərdəki minalar və partlamamış hərbi sursatlar problemi barədə beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması məqsədilə təhqiqatın aparılaraq hesabatın hazırlanması” adlı layihəsinin icrasına başlayır.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və PHS problemini beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq səviyyədə tanınan donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir.

Layihənin icra müddəti 2 aydır.

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası

ictimai birliyinin sədri