Dünya Ana və Uşaqlar İB-yi şəhid ailələrini və qaziləri diqqətdən kənarda qoymur.

İctimai birliyin sədri Dünyaxanım Əliyeva şəhid qazi mövzusuna çox həssas yanaşaraq onların problemlərinin həllində bir sıra addımlar atır. Bəzən onların problemlərini gördükdə aidiyyəti qurumlara sərt reaksiya verir.
Yay aylarının olduğuna baxmayaraq ,hər kəs dincəlməkdə olduğu halda İctimai birlik şəhid ailələrini ziyarət etməkdədir. Bu dəfə İB Zaqatala rayonunda yaşayan 1-ci Qarabağ müharibəsi şəhidi Murtuzəliyev Zəfər Ramazan oğlunun anası Əzizə xanımı ziyarət etmişdir. Əzizə xanım özü də 2001- ci ildən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri Birliyinin (AQMƏVŞA İB) Zaqatala Rayon Filialında çalışır.Özü şəhid anası olmağına baxmayaraq daim şəhid ailələri ilə sıx əlaqədə olur və onlara təsəlli olmağa çalışır. Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əzizə xanıma gördüyü işlərə görə “Qəhrəman ana ” fəxri diplomunu təqdim etmişdir.
Onu da xatırladım ki , Murtuzəliyev Zəfər Ramazan oğlu 1973-cü il martın 15-də Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1991-ildə Sovet Ordu sıralarında, Qazaxıstanda hərbi xidmətdə olub. 1 il 5 ay xidmət etdikdən sonra evinə dönüb. 1993-cü ildə isə könüllü olaraq, Qarabağa müharibəyə ,döyüşlərə qatılıb. 1994-cü il yanvarın 26-da Füzuli rayonu ətrafında gedən şiddətli döyüşlərdə şəhid olub. Fevral ayının 3-də Zaqatala şəhər qəbirstanlığında dəfn olunub.
Ruhu şad olsun

Dunyaxeber.org Leyla Mətin