Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 4” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Hamısıahverənov çıxış edərək layihə iştirakçılarına ürək sözlərini bildirib və öz təəssüratlarını bölüşüblər.