Müsahibim İstedadlı şair Sevindik Nəsiboğludur. Sevindik haqqında öncə öz fikirlərimi oxuculara çatdırmaq istəyirəm. Qəlbi sözlə,şeirlə dolub daşan ,daim hərəkətdə olan vətənpərvərliyi təmsil edən örnək bir qələm sahibidir Sevindik . Hər zaman söyləyirəm “Sonradan şair olmur ,gərək şair doğula insan”. Sevindik də o şairlərdəndir ki, şair doğulub. Onu lap kiçik yaşlarından tanıyıram. Kiçik ürəyinin böyük coşqunluğu oxucuları riqqətə gətirən fikirləri ,özünəməxsus şəkildə fikirləri ədəbi ifadə vasitələrində istifadə edərək bədiiləşdirmək bacarığı onun özəlliyidir. Gələcəkdə cəmiyyətdə böyük yer tutacaq şəxslərdən biri olacağına da inanıram. Vətənini bu qədər sevən bir gəncin uğurlarına dəstək olmağı da özümə borc bilirəm. İndi isə istəyirəm özü haqqında geniş məlumatı sizlərə təqdim edim.
Mən , Əliyev Sevindik Nəsib oğlu 26 iyul 2008–ci ildə İmişli şəhərində anadan olmuşam. Əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm.
Hərfləri çox erkən yaşda öyrənmişəm. Artıq 5 yaşımda sərbəst yaza və oxuya bilirdim. Elə həmin vaxtlardan da xırda həcmli şeirlər, esselər, hekayələr yazırdım. 1-ci sinifə gedəndə xeyli sayda şeirlərim və yazılarım var idi. Bunun haqqında məktəb rəhbərliyinin də xəbəri var idi. İlk əvvəl hərfləri televiziya verilişlərinin altyazısında olan çap hərflərindən öyrənməyə başlamışam. Anam görüb ki, altyazıdan hərfləri çətinliklə öyrənirəm. Təxminən 4 hərf öyrənəndən sonra özü mənə əlifbanı öyrədib. Bacım məndən böyük olduğu üçün evdə əlifbanı öyrənməyim üçün hər bir şəraitimiz olub (löhvə, əlifba kitabı, hərf çubuqları və s.).
Şeirlərimi və məqalələrimi ətrafımdan, gördüyüm, eşitdiyim hadisələrdən ilhamlanaraq yazıram.
Artıq 1 ildir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 3 ildir “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiriyəm. Bu yaxınlardan isə “Xəbərtime.az” saytının ictimai müxbiri kimi fəaliyyət göstərirəm.
Ailəmdə atam, anam və bacımdan mənəvi dəstək görürəm. Məktəbdə isə məktəb rəhbərliyi tərəfindən mənəvi dəstək görür və mötəbər tədbirlərə dəvət olunuram. Mənə mənəvi dəstək olan ziyalılarımız var ki, onların adını çəkməyi özümə borc bilirəm. Azərbaycan Milli Kitabxanasının rəhbəri hörmətli Kərim Tahirova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovaya, şair-publisist Əli Rza Xələfliyə, AMEA-nın Naxçıvan bölməsinin rəhbəri hörmətli İsmayıl Hacıyevə, şair, ədəbiyyatşünas Xanəli Kərimliyə və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin rəhbəri Vüsalə Qələndərliyə mənə göstərdikləri mənəvi qayğıya görə minnətdarlığımı bildirirəm.
Bir daha oxucularıma müəllifi olduğum kitablarımı təqdim edirəm.
“Dünyamsan Azərbaycan” -Bakı,”Ozan”, 2018,-48 səh.”Hərdən uçmaq istəyirəm”- Bakı, Mütərcim,2018.-228səh.”Ulu Naxçıvanım”- “3 saylı Bakı Mətbəəsi” ASC, 2020. – 240 səh.
” Könüllərə yol gəzirəm” (şeirlər-poemalar).”3 saylı Bakı Mətbəəsi” ASC. Bakı-2020, 320 səh.
“Möhtəşəm Zəfərin nişanəsi”- “Bakı Mətbəəsi” ASC. Bakı-2021, 708 səh.
“Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, kədər içərisində qürur və sevinclə qələmə almışam, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, məqalə-şeirlər, şeirlər, düşmən tapdağından azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə, şanlı ordumuza, türkçülüyə, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, anım tədbirlərində çıxışlar, eləcə də
“Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabım indiyədək 200-dən çox şəhid ailəsinə hədiyyə olaraq çatdırmışam.Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma Lənkəran Mərkəzi Kitabxanasında, F. Köçərli adına Respublika Uşaq Kitabxanasında və Səbail rayon Vətən Müharibəsi Veteranları İctimai Birliyinin inzibati binasında təqdimat keçirilib.
Sonda istəyirəm istedadı olan gənclərə dəyər verən hər kəsə ,eləcə də ,sizə Leyla xanım ,öz təşəkkürümü bildirim . Dünyaxeber.org saytının rəhbəri Dünyaxanım Əliyevaya bizlərə saytda yer verdiyi üçün minnətdarlığımı bildirirəm.
Dünyaxeber.org Leyla Mətin