Laçın rayonun icra başçısı, müavinlərin bu hərəkətinizlə dövlətimizə xəyanət edirsiniz

Şəhidimiz Vaqif Quliyevin anım tədbirinə Azərbaycanın hər tərəfindən axışıb gələnlər bir daha onun ruhunu şad etmək ailəsinin yanında olmağı özlərinə borc bilmişdilər. Vaqif Quliyevdən bəhs edən” Oğullar doğular Vətən doğulmaz” filmini göz yaşları içərisində seyr etdilər. Tələbə, döyüş yoldaşları Vaqifli günlərə qayıtdılar. Alimlər, Xaricdə yaşayan diaspora sədrləri belə bir Vətən oğlumuzun olduğundan qurur hissi keçirdiklərini söylədilər. Xətai rayonu 25 saylı məktəbin şehid Asəf Ağayev adına 5 b sinif şagirdlərinin ifasında şəhidimisə həsr olunan şerlər isə hamımızı kövrəltdi. Şəhidin həyat yoldaşı isə filmi izlədikcə göz yaşları sel oldu. Ürəyindən nələr keçdi nələr…
Hamı bu rayonun başçısının, müavinlərinin iştirak edəcəyini gözləyirdilər. Axı ölkə başçısının hər bir icra başçısını təyin edəndə şəhid ailələrinin yanında olmağı onların ayağına getməyi tapşırmışdı. Bu məmurlar heç şəhid ailəsini belə qəbul etmirlər edəndən onları yaralayan elə sözlər işlədirlər belələrinin Azərbaycanlı olmağına adamın inanmağı gəlmir. Şəhidimizin həyat yoldaşı Xeyransa xanım danışanda hamı heyrətə gəldi. Bu ailə neçə illərdi zirzəmilərdə, yataqxanaların künc bucağında qohum əqrəbanın yanında illərdi yaşayır. Buna yaşamaq demək olarsa,. Laçın rayonun icra başçısı, müavinlərin bu hərəkətinizlə dövlətimizə xəyanət edirsini. Bunu nə Hamısıah, nə də ölkə başçısı Laçın rayonun icra başçısı Aqil Nəzərliyə və onun müavinlərinə bağışlamayacaq!
bildiririk.