Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsi çərçivəsində 33 Şəhidimizdən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” kitabı nəhayət çap olunub. “Olaylar” xəbər verir ki, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirlinin müəllifi olduğu kitaba tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli ön söz yazıb. Yüksək poliqrafik tələblərə uyğun hazırlanıb nəşr edilən kitab Xəzər rayon Şəhidlərindən bəhs edir.
Çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq! Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışlarına uyğun olaraq gördüyümüz bu işlərin nəticəsində çap olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının yaxın günlərdə təqdimatını keçirəcəyik.