New Baku otelinin konfrans zalında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir “Zirvə İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyin sədri Elçin Axunzadə və “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyin sədri Vüsal Əliyevin təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan Repbublikasının dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Elçin Axundzadə bildirib ki, Azərbaycan dövlətinin tanınmasında ulu öndər Heydər Əliyevin böyük rolu var: “Heydər Əliyev dedikdə Azərbaycan yada düşürdü. Saatlarla ulu öndərdən və onun fəaliyyətindən danışmaq olar. Azərbaycanınnzəngin neft-qaz yataqları var idi. Kommunikasiya üçün ən əlverişli region idi. Demək olar ki, Azərbaycan uğrunda mübaribə başladı. Hər kəs Azərbaycanı öz təsiri altına salmaq istəyirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsi ilə bir çox məsələlər öz həllini tapdı”.
“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri Vüsal Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev gələcək nəsillər tərəfindən daha yaxşı öyrəniləcək: “Zaman çox acımasızdır. Amma zaman kteçdikcə xalqımızın taleyində xüsusi rol oynayan dəyərli şəxsiyyətlər əbədiyyət qazanır. Mən əminəm ki, Heydər Əliyev xalqın tarixində əbədi iz qoyub”.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev idman sahəsinə böyük tövhələr vermişdir: ”Gənclərin sosial rifahının yaxşılaşdırılması üçün Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndər Bakı idman sarayında idman ictimaiyyəti ilə görüş keçirib. Heydər Əliyev çıxışında qeyd etdi ki, mən bədən tərbiyəsi və idmanın inkişafını öz üzərimə götürürəm və siz bunu gələcəkdə hiss edəcəksiniz. Həqiqətən də bu çox uzaqgörən bir çıxış idi. Biz xoşbəxt insanlarıq ki, ulu öndərin dövründə yaşamışıq”.
Ziyalı Sahib Kazımov qeyd edib ki, keçmişdə Azərbaycanın başına min bir hadisə gəlib, çox keşməkeşli həyat yolu keçib: “Məhz 1993-cü ildən etibarən Azərbaycan iqtisadiyyatı keyli inkişaf edib. Bunlar onu deməyə əsas verir ki, bu günu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin siyasətini uğurla həyata keçirir”.
Tədbirdə çıxış edən QHT sədrləri, ictimai şuranın üzləri Heydər Əliyevin siyasətindən, Azərbaycana verdiyi tövhələrdən söz açıb. Onun necə uzaqgörən bir siyasətçi olduğunu vurğulayıblar.
Müəllif: Abutel İlhamqızı