Uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn şikayətçidir.
Bu barədə valideyn Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıb.
İddia edilib ki, təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənov həmin məktəbin 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir edib:
“Yaranan münaqişə əsnasında müəllim şagirdə hədə-qorxu gəlib. Baş vermiş hadisənin görüntüləri məktəbin təhlükəsizlik kameralarında var. Burada hətta müəllimin şagirdə əl qaldırdığı da müşahidə olunur”.
Qeyd edilib ki, Kənan Həsənov eləcə də məktəbin 8 “c” sinif şagirdlərinə qarşı xoşagəlməz ifadələr işlədir:
“İki il öncə şagird və valideynləri təhqir etdiyinə görə Kənan Həsənov 4 “e” (hazırkı 6 “e”) sinfinin müvafiq olaraq sinif rəhbəri vəzifəsindən uzaqlaşdırılıb”.
Qeyd edilən məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq araşdırma aparırlar:
“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
İlhamə Əbülfət