Şəhid ailələri, qazilər və müharibədən əziyyət çəkən insanlarla görüş keçirildi

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ağcabədi rayon Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbdə Şəhid ailələri, qazilər və müharibədən əziyyət çəkən insanlarla görüş keçirildi. İşsizlikdən əziyyət çəkən insanların sosial durumu xüsusi qeyd edildi.Şəhid ailəsi ilə görüşdə ,nəvəsindən uşaqlarının zorla alındığı və məsələnin aylarla həll edilmədiyi barədə,bu məsələnin həllində kömək etməyimiz xahiş olundu. Nəzarətə götürdüyümüz məsələ ilə bağlı ərizələr hüquqşünas tərəfindən müxtəlif qurumlara çatdırılmışdır.Müəllim və şagirdlərlə fərdi şəkildə sosioloji testlər aparılmış,psixoloq Vəfa Abbasova və hüquqşünas Ağamirzə Bağırov tərəfindən görüşlər keçirilmiş,məsləhətlər verilmişdir.Hamısıah bütün şəhidlərimizə rəhmət eləsin.Məktəbin direktoru Elminaz Hüseynova Təşkilatın “Təşəkkürnamə “si ilə təltif edildi. “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi “layihəmizi dəstəklədiklərinə görə Agentliyin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürlərimizi bildiririk.

“AQRC “İ.B.sədri Bahar Qasımova