“Thefortress.com.pk”: “Ermənilər törətdikləri terror aktlarını etiraf edirlər”

 

Pakistanın “Thefortress.com.pk” saytında “Ermənistanın törətdiyi hərbi cinayətlər” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə müxtəlif illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları və ermənilərin özlərinin də bunları etiraf etmələrindən danışılır.

“Terrorizm Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir”,-deyə vurğulanan məqalədə Ermənistanın sabiq prezidentləri R.Köçəryan və S.Sərkisyanın Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakları qeyd olunur.

Həmçinin, məqalədə erməni yazıçıları Zori Balayan və David Xerdiyanın Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətlərlə bağlı yazıdları kitablardan sitatlar verib.

image-pakistan-ermeni-etirafi-2

image-pakistan-ermeni-etirafi-3