“Nağıllar aləminə səyahət ” adlı dərnək yaradıldı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi öz tədbirlərini davam etdirir.
Aprelin 2-də Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 33 saylı tam orta məktəbində təşkil olunan bu günki təlimdə “Oxunun növləri”, “Elektron kitab, yoxsa, ənənəvi kitab?”, “Kitablardan istifadə qaydası” mövzusunda təlim keçirildi və “Nağıllar aləminə səyahət ” adlı dərnək yaradıldı.
Təlim zamanı oxunun növləri (Nəzərdən keçirmə- Skimming, Axtarış üçün oxu- Scanning, İntensiv Oxu- Təfərrüatlı oxu, Rahat oxu) əyani şəkildə təlim iştirakçılarına göstərildi və həyata keçiridi.
“Kitabları qoruyub saxlamaq üçün nə etməliyik?” sualına cavablar səsləndirildi.
Elektron və çap kitabının fərqi araşdırıldı. Müsbət və fərqli cəhətləri qrup şəklində işlənərək göstərildi.
“Nağıllar aləminə səyahət ” adlı yaradılan dərnəkdə isə qruplara Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında nağıllar paylanıldı. Hər qrup lideri nağılı orta səslə öz qrup yoldaşları ilə bölüşdü. Sonra qruplar fikir mübadiləsi və müzakirəsi etdilər. Təlimçi Nüşabə Mehtiyevanın köməyi ilə nəticə çıxartdılar və refleksiya yoxlanıldı. Kitabların sonunda yerləşən yaradıcı suallar ev tapşırığı kimi iştirakçılara verildi. Dərnəyə qatılan hər kəs bu cür dərnəklərin təşkilinin oxu mədəniyyətinin yaradılmasında böyük rol oynayacağını vurğuladı.

Xeberdar.net
"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı
"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı
"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı
"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı
"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı