FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos, quru ot və meyvə ağacları yanır. Yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

16:05

Oğuz rayonunda meşəlik ərazidə yanğın başlayıb.

“Report” xəbər verir ki, yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz-Qışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.

Source link