Prodüser Mədinə Məlik aparıcılar Vüsalə Əlizadə və Zümrüd Bədəlova ilə bağlı qalmaqallı açıqlama verib.
O, MTV-də yayımlanan “Tarixin bir günü” proqramında aparıcılara zəng vurduğunu, ancaq onların cavab vermədiyini söyləyib:
“İllərlə tanıdığım aparıcılardır. İyirmi ildir, şou-biznesdəyəm. Söhbət Vüsalə Əlizadə və Zümrüd Bədəlovadan gedir. Göylə getməyin, yerdə gəzin. Görürsüz, Mədinə zəng edir, illərdir, tanıyırsız. Birincisi, sizə efir üçün yox, sponsor dostumun verilişinizdə iştirakı üçün zəng etdim. Səni əlli dəfə gecə ikidə-üçdə maşınıma mindirib evinə aparan adamam.
Afaq Gəncəlidən artıq olacaqsınız? Ona zəng edirəm, “can” deyir. Vüsalə Əlizadə xanımın köməkçisi götürür, deyir, vaxtı yoxdur. Zümrüd Bədəlova məni lap öldürdü. Deyirəm: “Zyuma”, qayıdır ki: “Zyuma? – Zümrüd xanım”. Sadə olun, bir-birimizin arasında sadə olaq”.