” Novruz bayramı” kitabı işıq üzü gördü

Dünən Vətən müharibəsi veteranlari ictimai birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin təşəbbüsü ilə Qarabağ qazisi, 1 ci qrup əlil , ilahiyyatçı, tədqiqaçı yazıçı Hacı Həsən Hüseyninin ” Novruz bayramı” kitabının təqdimatı oldu.Haci Həsən Hüseyninin xahişini nəzərə alaraq Qarabağ müharibəsi veteranı Əli Əliyevin ” Həyatın təbii qanunları ” kitabının da birgə təbliğ olunması məsləhət bilindi.
AVMVİB – nin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev tədbiri açaraq iştirakçıları salamladı və vətənimizin azadlığı uğrunda şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azad müəllim sonra məclisi idarə etmək üçün yazıçı, tədqiqatçı Sona Xəyala sözü verdi.
Sona Xəyal ” Novruz bayramı” kitabı ilə bağlı fikirlərini bildirdi və Hacı Həsən Hüseyninin fəaliyyətini yüksək qiymətləndirdi .
Onu da qeyd edək ki bu kitab Sona Xəyalın təşəbbüsü ilə AMEA – nin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasinin 12 fevral 2022- ci il tarixli qərarı ilə çap olunmuşdur.
Kitabın redaktoru Rauf İlyasoglu, rəycilər Hacı Soltan Əlizadə,Tahirə Həsənzadə və Samirə Əliyevadir.
Sona Xəyal bildirdi ki,kitabda islamsunas, tədqiqatçı, publisist,1 ci qrup Qarabağ müharibəsi əlili, Hacı Həsən Hüseyninin uzun illər bayramlarla bağlı apardığı tədqiqat işlərinin bir hissəsi təqdim olunmuşdur.Yazılarda Novruz bayramı, Xıdır Nəbi bayramı, Çərşənbələr, Müxtəlif xalqlarda novruz bayramı,Novruz bayramı dini mənbələrdə, Ş.İ.Xətai yaradıcılığında baharın təsviri, Bahar bayramına həsr olunmuş şeirlər ( bənövşə, bahar), qəsidələr toplanmışdır.
141 səhifəlik bu dəyərli mənbənin hər kəsin stolüstü kitabına çevriləcəyinə inanırıq deyən Sona Xəyal ” Həyatın təbii qanunları ” adlı ikinci kitab haqqında məlumat vermək üçün redaktoru və hər iki kitabin nəşr olunmasında zəhməti böyük olan Rauf İlyasogluna sözü verdi.
Rauf İlyasoglu tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və bizə qələbə qazandıran şəhidlərimizə borcluyuq – dedi. O,vurğuladı ki, Hacı Həsən Hüseyni dini işlər üzrə şöbə müdiri işlədiyi ” Həkəri” qəzetinin hər sayında Novruz bayramı ilə bağlı silsilə məqalələr dərc etdirmişdi. Sonradan həmin.məqalələr toplanaraq bu günki gözəl, dəyərli bir kitab halına gətirildi. Kitabın nəfis tərtibatda, rəngli fotolarla çap olunmasında ‘ İmza” nəşrləri evinin müdiri Səbuhi Aslana , dizayner Veys Əliyevə, korrektorlar DilbərAgayeva və Rüfət müəllimə təşəkkür edirəm.
Bu kitabların ərsəyə gəlməsində bu sətirlərin müəllifinin də az da olsa əməyim olubsa, özümü xoşbəxt sayıram. Çünki Hacı Həsən Hüseyninin 50 illik yubileyi ilə bağlı Dilbər Ağayevanın yazdığı dəyərli kitabın redaktoru və ön söz müəllifi olarkən Hacı Həsən Hüseynlinin geniş və çoxşaxəli yaradıcılığını oxuyarkən bu dahi insanı yenidən kəşf etdim . Onda olan yaddaşa əhsən deyərək bədahətən ” Yaddaşa” adlı bir cinas söylədim;
Söz desən də ya namərdə , ya daşa,
Əhsən olsun səndəki o yaddaşa
Haram yolla qazanılan kimsənin,
Tamah salma,bişirilən yad aşa.
Rauf İlyasoglu ” Həyatın təbii qanunları” kitabının müəllifi Əli Əliyevin üzürlü səbəbdən gəlmədiyini bildirdi və bu kitabın beş nizamnamədən ibarət olduğunu bildirdi.
Redaktor kitabın dəyərindən danışdı və vurğuladı ki, əgər bu kitabda deyilən fikirlərə əməl olunsa, dünya əhalisi 60 milyard olsa belə Hamısıahın bizə bəxş etdiyi yeraltı və yerüstü sərvətləri hər bir kəsi rahat dolandirar.
Amma indi dünya əhalisinin sayı 7 milyarddan bir qədər çox olsa da, 4 milyarddan çox insanlar ac- susuz yaşayırlar.
İlki milyard əhali isə əziyyətlə yaşayır.
Bu gün isə dünyanın bölüşdürülməsi haqqında sərsəm fikirlər, müharibələr qan qadalar qırğınlar səngimir.
Sona Xəyal kitabın işıq üzü görməsinə yardım edən Hacı Dadaş Mirzəmməd oğluna müəllif adından təşəkkürünü bildirdi.
Satirik şair, alim Hacı Paşa Ağaoğlu Şükürov Rauf İlyasogluna təşəkkürünü bildirərək vurğuladı ki, sağ olsun ki, məni Hacı Həsən Hüseyni ilə tanış edib.Hacı Həsənin kitablarını oxuyarkən bu insanda olan talanta heyran qaldım.
Sona Xəyal 120 dən çox kitab yazıb.
Mənə söz verdiniz, amma bu kitabları oxumasam da , bir söz demək istəyirəm ;
Hüseyn Cavid imtahan götürürmüş. Tələbə o qədər gözəl danışır ki H Cavid səssiz tələbəni dinləyir,tələbə elə zənn edir ki müəllim narazıdır. Deyir Hüseyn müəllim xahiş edirəm qiymətimi kəsmə.
Bu söz H Cavidi öz dünyasından ayırır.
Deyir ki, mənim nə haqqım var sənin qiymətini kəsəm. Yaradan özü sənin qiymətini verib. İndi mənim nə haqqım var ki,sizə qiymət verəm.
Sizə, Hacı Həsən Huseyniyə, Sona Xəyala qiyməti, istedadı uca tanrım verib.
Yazıçı hüquqşünas Dilbər Ağayeva, polkovnik, yazıçı Azər Hacıbəyli, fəal ictimaiyyətçılər , QHT rəhbərləri Mehriban Abdullayeva və Dünyaxanım Əliyeva,
şair Fəxrəddin Meydanlı,yazıçı, naşir Mahir Cavadlı, Şəhid qardaşı Elman Süleymanov, ərəbşünas Rüfət Zulfuqaroglu, ” Zəfər” internet tv min baş redaktoru və təsisçisi Məhərrəm Əliyev, Hacı Dadaş Mirzəmməd oğlu, -Xəyalə Maştağalı, həm türk həm Azərbaycan vətəndaşı vətənpərvər şair Fesih Alioglu, AVMVİB – nin Zəngilan rayon şöbəsi sədrinin müavini Zakif Məmmədbəyli və başqaları geniş və əhatəli çıxış edərək Hacı Həsən Huseyniyə təşəkkür etdilər.
Sonra AVMVİB – nin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev Azərbaycan Respublikası qanunlarını rəhbər tutaraq çalışdığı sahədə xüsusi xidmətləri ilə seçilən , dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edən vətənpərvər ziyalılar , yazıçı tədqiqatçı,1- ci qrup əlil Hacı Həsən Hüseyni, müharibə veteranı Əli Əliyevi , yazıçı ,hüquqşünas Dilbər Ağayevani , tədqiqatçı, yazıçı şair , naşir Sona Xəyali , təqdimatı keçirilən hər iki kitabın redaktoru , ikinci qrup əlil, şair- publisist Rauf İlyasoglunu 44 günlük haqq savaşında Zəfər qazanan şanlı ordumuza dəstək göstərdiyinə və Azərbaycan Respublikasında qeyd olunan xüsusi əhəmiyyətli günlərdə öz vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi xidmətlərə görə təltif olundular.
Tədbir istirakçılarına ” Novruz bayramı” və
” Həyatın təbii qanunları” kitabları, eləcə də ” Həkəri ” qəzeti təqdim olundu.
Tədbirdən sonra iştirakçılar şirniyyat süfrəsinə dəvət olundular və xatirə şəkilləri çəkildi
Rauf İlyasoglu ,
” Həkəri ” qəzetinin baş redaktoru