Ağdamda gənc oğlan sobaya yıxılaraq yanıb


Ağdam rayonunun Sarıcalı kəndində bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu yaşadığı evdə sobaya yıxılaraq yanıb.

O, ağır yanıq xəsarətləri aldığı üçün Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Source link